Niderland [color=red]"Eurovision-2019"[/color]-da qalib gəlib, Azərbaycan 7-ci olub
  • MƏDƏNİYYƏT

  • 03:00 19 May 2019

Niderland "Eurovision-2019"-da qalib gəlib, Azərbaycan 7-ci olub

“Eurovision-2019” mahnı müsabiqəsi başa çatıb.

ONA xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Niderland təmsilçisi yarışmanın qalibi olub. İtaliya müsabiqənin ikincisi, Rusiya isə üçüncüsü olub.

Müsabiqədə Azərbaycan təmsilçisi Çingiz Mustafayev 7-ci yerdə qərarlaşıb.

İfaçımıza Portuqaliya, Malta, Şimali Makedoniya, San-Marino, Estoniya, Polşa, Norveç, İspaniya, Avstriya, Böyük Britaniya, İtaliya, Albaniya, Macarıstan, Moldova, İrlandiya, Rumıniya, Kipr, Avstraliya, Rusiya, İsveç, Litva, Serbiya, İslandiya, Gürcüstan, Yunanıstan, Latviya, Çexiya, Danimarka, Fransa, Finlandiya, Sloveniya və İsrail ölkələrindən dəstək gəlib.

Sərxan Kamallı

Teqlər: Eurovision

OXŞAR XƏBƏRLƏR