İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska"da çıxış edəcəklər
  • MƏDƏNİYYƏT

  • 10:18 18 Aprel 2019

İtaliya, Belarus və Azərbaycanın opera ulduzları "Toska"da çıxış edəcəklər

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin  “Toska” operasının tamaşası keçiriləcək. 

ONA xəbər verir ki, Toska partiyasını tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edəcək. 

Qeyd edək ki, S.Froli Almaniya, Belçika, Norveç. İngiltərə, İspaniya, ABŞ və s. ölkələrin opera teatrlarında uğurlu çıxışlar edib. 

Kavaradossi partiyasını isə vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, hazırda İtaliyada yaşayan və fəaliyyət göstərən Vitali Kovalçuk ifa edəcək.

Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun Əməkdar artisti Vladimir Qromov tamaşada Skarpia rolunda çıxış edəcək.

Operanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edəcək. O, həmçinin Qətər filarmonik orkestrinin, İstanbul Milli simfonik orkestrinin, Belqrad Milli Teatrı orkestrinin və Meksika simfonik orkestrinin dəvət olunmuş dirijorudur.

Tamaşada həmçinin Opera və Balet Teatrının solistləri - xalq artistləri Əli Əsgərov, Əkrəm Poladov, əməkdar artistlər Cahangir Qurbanov, Əliəhməd İbrahimov və b. çıxış edəcəklər. 

OXŞAR XƏBƏRLƏR