• MƏDƏNİYYƏT

    10:45 15 aprel 2019

IV Buktreyler Festivalının Münsiflər Heyəti fəaliyyətə başlayıb

IV Buktreyler Festivalının Münsiflər Heyəti artıq fəaliyyətə başlayıb.

ONA xəbər verir ki, bu barədə Bukteyler Festivalının təsisçisi və direktoru, kinoaktyor Ruslan Sabirli bildirib. Onun sözlərinə görə, buktreylerlərin qəbulu başa çatdıqdan sonra Təşkilat Komitəsi tərəfindən buktreylerlərə baxış keçirilərək iştirak şərtlərinə, qoyulan tələblərə uyğunluğu yoxlanılıb və festivala qəbul edilmiş buktreylerlər Münsiflər Heyətinə təqdim edilib: “Obyektivliyi qorumaq məqsədilə Münsiflər Heyətinin üzvlərinin adları səsvermədən sonra açıqlanır. Münsiflər Heyəti birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz səs verməklə həyata keçirirlər ki, bu da nəticələrin daha obyektiv olmasını təmin edir”.

Xatırladaq ki, Festival qaliblərini 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yerlər üzrə uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN, “Ən yaxşı mobil buktreyler” nominasiyası üzrə isə 1000 AZN pul mükafatları gözləyir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR