• MƏDƏNİYYƏT

    23:44 1 may 2019

IV Buktreyler Festivalının qalibləri mükafatlandırılıb

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində IV Buktreyler Festivalının mükafatlandırma mərasimi keçirilib.

ONA-nın məlumatına görə, festivalın rəhbəri Ruslan Sabiri çıxış edərək onun əhəmiyyətindən danışıb.

Bildirib ki, son illərdə animasiya və qrafika sahəsində buktreylərin sayı artıb: "Bu il xanım iştirakçıların sayı da əvvəlki illərə nisbətən çoxdur, qadın rejissorlar ümumi iştirakçıların 25 faizini təşkil edir".

R.Sabirinin sözlərinə görə, IV Buktreyler Festivalına əllidən çox iştirakçı qatılıb, onlardan 35-nin işi qəbul olunub: "Əvvəlki illərə nisbətən bu il iştirakçılar arasında mobil buktreyler çəkənlər də artıb" .

Sonra qaliblər elan olunub. "Tamaşaçı simpatiyası" nominasiyasının qalibi Gülşən Quliyeva olub.

"Ən yaxşı mobil buktreyler" nominasiyasında Sadiq Fərzəlibəyli seçilib.

Üçüncü yerin qalibləri Vüsal Həmdullayev və Şövkət Məhərəmmova, ikinci yerin qalibləri Rəşad Hüseynov, Ruslan Zeynalov olub.

Birinci yerin qalibi isə Eybulla Ağadadaşov olub.

Yer tutan qaliblərin hər birinə müvafiq olaraq 500 (beş yüz), 800 (səkkiz yüz) və 1000 (min) manat təqdim olunub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR