• MƏDƏNİYYƏT

    02:42 29 iyul 2019

IV "Jara" Beynəlxalq Musiqi Festivalı başa çatdı


İyulun 28-də IV "Jara" Beynəlxalq Musiqi Festivalı başa çatıb.
APA -nın məlumatına görə, festivalın sonuncu günü gənc nəslə mənsub musiqiçilərə həsr olunub.
Konsertdə Nazima, TERNOVOY, Doni, Mişa Marvin, Klava Koka, Natan, Ciqan, MOLLY, Loboda, HammAli i Navai, CYGO, Mari Kraymbreri, Rauf, Faiq, ZOMB, Nyuşa, Lyubov Uspenskaya, Rasa, Kosmos Girls, MOT, Asammuell, Babək Məmmədrzayev, Fika, İsayya, Evqeniya Mayer, Velvet, Aleksandr Panayotov, Slava, Yuliya Kovalçuk, JONY, Elman, Andro, Gemini, Alessandra, Anna Sedokova, Timur Rodriqez, Tereza, “Serebro” və başqa ifaçı və musiqi qrupları çıxış ediblər.
Gecə Timati və Qriqori Lepsin ifaları ilə daha da yaddaqalan olub.
Xatırladaq ki, “Sea Breeze” istirahət mərkəzində keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalının təşkilatçıları müğənni və bəstəkar, xalq artisti Emin Ağalarov, Rusiyalı müğənni Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
İyulun 25-də başlayan IV "Jara" Beynəlxalq Musiqi Festivalı 4 gün davam edib və iyulun 28-də başa çatıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR