Böyük Britaniyanın Kembric Universitetində Kembric Mərkəzi Asiya Forumunun təşkilatçılığı ilə Novruz bayramı qeyd edilib.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndəsi Hüseyn Hüseynov, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan səfirliklərinin nümayəndələri, Azərbaycan evinin sədri Ali Tekin Atalar, Kembric Azərbaycan Tələbə Cəmiyyətinin üzvləri, müxtəlif universitetlərdən gəlmiş tələbələr, universitet müəllimləri iştirak ediblər.
Tədbirdə azərbaycanlı tələbə Nazan Məmmədova “Uzun dərə”, “Sarı Gəlin” mahnılarının sədaları altında Azərbaycan milli rəqsini nümayiş etdirib. Qonaqlar həmçinin Azərbaycanın milli musiqi alətləri, milli mətbəx nümunələri, şəkərbura, paxlava, qoğal və digər Novruz təamları ilə tanış olub.
Aytən Abbaslı