Cənubi Koreya rejissoru Kim Ki Duk dünya kinematoqrafına bəxş etdiyi töhfələrə görə Moskva Beynəlxalq Kino Festivalının (MBKF) fəxri mükafatına layiq görülüb.
ONA TASS-a istinadən xəbər verir ki, Kim Ki Duk bu il MBKF-in əsas münsiflər heyətinin üzvü seçilib.
Kim Ki Duk “Qızıl şir” sahibidir.
Rejissor mükafatlandırma zamanı bildirib ki, onun ölkəsində Rusiya ən əsas kinematoqrafiya dövlətlərindən biri sayılır, buna görə də rusiyalı tamaşaçılar tərəfindən sevilmək onun üçün çox xoşdur.
Qeyd edək ki, festival 18-25 aprel tarixlərində Moskva şəhərində keçirilir. Bu il festivalda fransız rejissor Mişel Devilin retrospektivi nümayiş olunacaq. Əsas müsabiqədə 13 film yarışır.