• MƏDƏNİYYƏT

    15:39 29 may 2019

Lənkəranda Birinci Beynəlxalq Uşaq Teatrları Festivalı keçiriləcək

Lənkəranda Birinci Beynəlxalq Uşaq Teatrları Festivalı keçiriləcək.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, iyunun 1-dən 5-dək Lənkəranda birinci Beynəlxalq Uşaq Teatrları festivalı keçiriləcək. Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən bu sənət bayramı ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq Lənkəran Dövlət Dram Teatrının səhnəsində reallaşacaq.

Festivalda ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı öz tamaşaları ilə çıxış edəcək. Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azad Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə Ərdəbil şəhər teatrının kollektivləri iştirak edəcək.
Festival günlərində teatr truppaları təqdim olunacaq tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə də tanış olmaq imkanı qazanacaqlar.

Tural

Teqlər:

SON XƏBƏRLƏR