"Libraff" kitab mağazaları şəbəkəsi bölgələrdə ikinci əl kitablardan ibarət kitabxanaların qurulması üçün “Kitabgəzər” layihəsinə qoşulacaq.
Bu barədə APA-ya "Libraff"ın direktoru Cəlalə Nəzəroğlu bildirib.
Onun sözlərinə görə, layihənin məqsədi kitablarını paylaşmaq istəyən şəxslərlə ehtiyacı olanlar arasında körpü yaratmaqdır.
"Kitablarını bizimlə paylaşmaq istəyənlər sosial şəbəkə vasitəsi ilə yaza bilərlər”, - deyə C.Nəzəroğlu bildirib.