Mayın 10-u, saat 17:00-da Dənizkənarı Milli Parkda konsert keçiriləcək.
ONA-nın məlumatına görə, “Ey Azərbaycanım” adlanan açıq hava konserti Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı və “Oyuq” teatr-studiyasının iştirakı ilə hazırlanıb.
Konsert Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
Klassik, bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.