• MƏDƏNİYYƏT

    14:49 7 iyul 2019

Mədəniyyət naziri Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması münasibəti ilə Azərbaycan xalqını təbrik edib

"Bu gün Dünya İrs Komitəsi Azərbaycandan artıq üçüncü nominasiyasını qəbul edib".

APA-nın məlumatına görə, bunu Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına münasibət bildirən Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib.

O bildirib ki, qəbuletmə prosesi asan başa gəlməyib: "Artıq 6 ildir ki, Azərbaycandan olan ekspertlər bu faylı hazırlayaraq müxtəlif beynəlxalq təşkilatlara təqdim etmişdi. Amma onların analizi kifayət qədər müsbət olmamışdı. Lakin Azərbaycanın gətirdiyi sübutlar və cənab Prezidentin verdiyi sərəncamlar bu qərarın verilməsində müsbət rol oynadı. Azərbaycanla UNESCO-nun əlaqələrinin inkişafında Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. Mən fürsətdən istifadə edib ona da təşəkkürümü bildirmək istəyirəm".

Nazir Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınması münasibəti ilə Azərbaycan xalqını təbrik edib: "Bu, xalqımızın tarixində və özünüdərkində fövqəladə hadisədir".

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR