Bakıda Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayı keçirilib.
ONA xəbər verir ki, qurultayda ölkədə fəaliyyət göstərən yaradıcı ittifaqların rəhbər və nümayəndələri, mədəni-ictimai xadimlər, media mənsubları iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Bakıda ilk dəfə keçirilən Yaradıcı İttifaqların və Mədəniyyət Xadimlərinin I Qurultayında çıxışı zamanı deyib ki, gələn il həm də prezident seçkiləridir: "Bu gün burada olan mədəniyyət işçilərinin səsi, məncə, yekdilliklə məlumdur. Bizim seçimimiz yenə də cənab Prezident İlham Əliyevdir".
Yaradıcı İttifaqların və Mədəniyyət Xadimləri I qurultayı zamanı bəyanat qəbul edilib.
Bəyanatda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki inkişaf və namizədliyinin dəstləklənməsi motivi öz əksini tapıb.