Füzuli şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidənin qalıqları aşkar edilib.
ONA xəbər verir ki, APA-nın Qarabağa ezam olunmuş əməkdaşının məlumatına görə, abidə hazırda dağılmış vəziyyətdədir.
Heykəl vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.
Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub.
Foto - İlkin Nəbiyev © APA GROUP