• MƏDƏNİYYƏT

    12:39 18 sentyabr 2019

Mehriban Əliyeva: “Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində 18 sentyabr – Milli Musiqi Günü münasibətilə paylaşım edib.

ONA xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti bunları qeyd edib: “1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olub. Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlib. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR