Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda yazıçı İsmayıl Şıxlının anadan olmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib.
ONA xəbər verir ki, sərgidə yazıçının MEK fondlarında saxlanılan “Xatirəyə dönmüş illər”, “Dəli Kür”, “Ölüləri qəbirstanlıqda basdırın”, “Daim axtarışda”, “Ölən dünyam”, “Cəbhə yolları”, “Mənim rəqibim”, “Namərd gülləsi”, “Dostum Hüseyn Arifin lətifələri” nümayiş olunur.
İsmayıl Şıxlı haqqında yazılmış “İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri”, “İsmayıl Şıxlının dilçilik görüşləri” (Buludxan Xəlilov), “Həyat və ədəbi tale” (Abbas Hacıyev), “İ.Şıxlının bədii nəsri” (Təyyar Salamoğlu), “İsmayıl Şıxlı. Həyatı, mühiti, sənəti” (Yaqub İsmayılov) və digər kitablar da sərgilənir.
Nümayiş etdirilən kitablar MEK-in elektron kataloquna daxil edilərək Milli Rəqəmsal Yaddaş bazasında yerləşdirilib.
Sərgi 2019-cu ilin sonunadək davam edəcək.