Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncamda qeyd edilir ki, 2020-ci ilin iyun ayında Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi tamam olur. Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasına Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.