Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Məclisinin qərarı ilə hər il martın 1-də Ümumdünya Mülki Müdafiə günü kimi qeyd olunur.
APA xəbər verir ki, bu münasibətlə 1 mart 2020-ci il tarixində Azərbaycan Milli Kitabxanasında "1 mart - Ümumdünya Mülki Müdafiə günü" adlı Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablardan və dövri mətbuat materiallarından ibarət kitab sərgisi açılıb.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Əhalinin mühafizəsi Mülki müdafiənin başlıca vəzifəsidir. Sərgi bir həftə davam edəcək.