Tanınmış gürcü rejissor Georgi Daneliya xəstəxanaya yerləşdirilib.
ONA Rusiya mətbuatına istindən xəbər verir ki, bu barədə onun həyat yoldaşı bildirib.
Ağciyər iltihabı xəstəliyindən əziyyət çəkən rejissorun vəziyyəti sabit ağırdır. O, hazırda reanimasiyadadır.
Georgi Daneliya 1930-cu ildə Tbilisidə anadan olub. Moskva Memarlıq İnstitutunda, ali rejissorluq kurslarında təhsil alıb. Rusiya və SSRİ-nin xalq artistidir. “Mən Moskvada addımlayıram”, “Uğur centlemenləri”, “Afonya”, “Mimino” və “Kin-dza-dza” kimi məşhur filmlərin müəllifidir.