• MƏDƏNİYYƏT

    15:00 2 mart 2019

Mingəçevirdə müəllim yeni musiqi aləti yaradıb - FOTO

Mingəçevirdə musiqi müəllimi qarmon üzərində "Qurmanayzer" adlı yeni alət yaradıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, "Qurmanayzer" musiqi aləti şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin 61 yaşlı musiqi müəllimi Qurban Məmmədov tərəfindən hazırlanıb.

Mövcud musiqi alətlərinin hər birinin bir neçə variantını özündə cəmləşdirən alət 940 səsi səsləndirmək imkanına malikdir. Alət xüsusi qulaqcığa birləşdirilmiş nəfəs qurğusu vasitəsi ilə idarə olunur. Hətta yeni alətdə səslər arası məsafə fərqi də aradan qaldırılıb və ortaq fərq səs elementlərini də səsləndirmək mümkün olur. Onun hazırlanmasına 2 il 3 ay vaxt sərf olunub, təqribən 3 min manat sərmayə yatırılıb. Bu zaman 99 metr uzunluğunda avia naqildən və digər texniki vasitələrdən istifadə olunub. Əvvəlcə 512-i səsi alətə tətbiq etməyi bacaran müəllif, daha sonra səslərin sayını 940-a çatdırıb.

Q. Məmmədov yeni alətin adını öz adına uyğun adlandırdığını deyir. Onun sözlərinə görə, bu alətin analoqu yoxdur. Hələlik müəllif "Qurmanayzer"in kütləvi istehsalı haqqında düşünmür. Bununla belə, müxtəlif rəsmi konsert proqramlarında və el şənliklərində yeni alətin imkanlarını nümayiş etdirir.

Ehtiram Muradov

Fərid

Teqlər:

SON XƏBƏRLƏR