• MƏDƏNİYYƏT

    17:10 15 mart 2019

Moskvada "Mədəniyyət və sivilizasiya dialoqu" beynəlxalq konfransı keçirilib - FOTOSESSİYA

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada keçirilən "Mədəniyyət və sivilizasiya dialoqu" beynəlxalq elmi-praktiki konfransında iştirak edib.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Dövlət Linqvistika Universitetində keçirilən konfransda Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin müdiri, Volokolomsk mitropoliti İllarion, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko və digər nüfuzlu dövlət xadimləri də iştirak ediblər.

Tədbir iştirakçıları çoxqütblü dünyada mədəni kimlik məsələlərini, Rusiya, Avropa, Asiya və Amerika ölkələrinin tarixi-mədəni irsini, müasir cəmiyyətin psixoloji-pedaqoji problemlərini müzakirə ediblər.

Konfrans iştirakçıları geosiyasi kontekstdə mədəniyyət və sivilizasiya dialoqunun həyata keçirilməsinin şərtlərinə xüsusi diqqət yönəldiblər, ayrı-ayrı dövlətlərin öz şəxsi maraqlarının reallaşması naminə birtərəfli qərarlar qəbul etməsi ilə bağlı narahatlıqlarını bildiriblər.

Müzakirələrin yekunu ilə bağlı bu konfransın müntəzəm olaraq hər il Moskva Dövlət Linqvistika Universitetinin Humanitar və Tətbiqi Elmlər İnstitutunun bazasında keçirilməsi haqqında qərar verilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR