• MƏDƏNİYYƏT

    12:22 24 aprel 2019

Muğam Mərkəzində Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Muğam Mərkəzində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun konserti baş tutub.

ONA-nın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açıblar.

Sonra qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimindən sonra xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqənin qalibləri və laureatların ifasında şerlər səsləndirilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR