• MƏDƏNİYYƏT

    17:06 6 mart 2019

Murat Boz Bakıya gəlir

Martın 13-də saat 19:30-da "Elektra Events Hall"da “Öldür Beni Sevgilim” filminin qala gecəsi keçiriləcək.

ONA xəbər verir ki, "CinemaPlus” premium kinoteatrının təqdimatı ilə keçirilən qala gecəsinə Türkiyənin tanınmış ulduzları Murat Boz və Seda Bakan da qatılacaqlar.

“Öldür Beni Sevgilim”in rejissoru Şenol Sönmezdir. Filmdə Murat Boz, Seda Bakan, Açelya Topaloğlu, Özgür Emre Yıldırım, Seda Güven, Yosi Mizrahi, Dilşad Şimşek və Ali Yoğurtçuoğlu iştirak edir.

Film martın 14-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Biletləri iTicket-in satış mərkəzlərindən əldə etmək olar.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR