• MƏDƏNİYYƏT

    18:43 4 may 2019

Musiqili Teatrda "Qırmızı papağ"ın premyerası olacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi xalq artisti Emin Sabitoğluya məxsus olan "Qırmızı papaq" musiqili nağıl-tamaşanın premyerası olacaq.

ONA-nın məlumatına görə, rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru əməkdar artist Boris Qrafkindir.

Tamaşaların mayın 15-i saat 11:00-də və mayın 25-i, saat 12:00-da nümayiş olunacaq.

Rəngarəng səhnə dekorasiyaları, işıq effektləri ilə yanaşı, orkestrin canlı ifası ilə müşayiət olunan tamaşanı teatrın sevimli aktyorları – əməkdar artistlər - Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar.

Əsərin quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.

Qiyməti 6 manat olan biletləri şəhərin bütün teatr-konsert kassalarından, "ASAN Xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR