Natəvan Hacıyeva dəfn olunub - [color=red]YENİLƏNİB[/color]
  • MƏDƏNİYYƏT

  • 13:54 02 May 2019

Natəvan Hacıyeva dəfn olunub - YENİLƏNİB

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva dəfn olunub.

ONA-nın xəbərinə görə, evində keçirilən vida mərasimindən sonra mərhum Yasamalda köhnə qəbiristanlıqda dəfn olunub.

* * *

Saat 13:50

"Hesab edirəm ki, Natəvan xanımın vəfat etməsi Azərbaycan mədəniyyəti, incəsənəti üçün bir itkidir".

ONA-nın məlumatına görə, bunu dünən dünyasının dəyişən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyevanın qızı Cəmilə Davudova deyib.

O bildirib ki, Natəvan Hacıyevanın ən böyük arzusu şərqşünas olmaq idi: "Mən onun arzusunu yerinə yetirdim. Biz onun xəstə olması ilə bağlı xəbəri ötən ilin noyabrında bildik. Həkim bunu bizə demişdi. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi. Dünən isə vəfat etdi”.

* * *

Saat 13:26

"Mən Natəvan xanımla 1967-ci ildən birlikdə çalışmışam".

ONA-nın məlumatına görə, bunu məşhur diktor Şərqiyyə Hüseynova deyib.

O bildirib ki, N.Hacıyeva özünə qarşı çox həssas bir insan idi: "Amma nə etmək olar, bu xəstələyin qarşısının alınması mümkün deyil. Natəvan xanımın xatirəsi bizim qəlbimizdə yaşayacaq. Deyirlər ki, 70 yaşına kimi Allah sənə bu ömrü verir, amma 70-dən sonra nə yaşadın, qənimətdir. Mən ona Allahdan rəhmət, yaxınlarina başsağlığı diləyirəm”.

* * *

Saat 13:00

Dünən vəfat edən Azərbaycanın əməkdar artisti, tanınmış diktor Natəvan Hacıyeva ilə vida mərasimi başlayıb.

ONA-nın xəbərinə görə, mərhumla vida mərasimi evində keçirilir.

Mərasimdə N.Hacıyevanın sənət yoldaşları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edir.

Mərasimdən sonra N.Hacıyeva Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq. Sabah saat 13:00-da Təzə Pir məscidində 3 mərasimi keçiriləcək.

Qeyd edək ki, 1942-ci ildə anadan olan Natəvan Hacıyeva 1960-ci ildə efirə çıxıb. O, AzTV-nin ilk rəsmi diktoru olub. 

Allah rəhmət eləsin! 

Mirmahmud Kazımoğlu

Teqlər: Natəvan Hacıyeva AzTV bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR