“Mayın 29-da Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa Liqası turnirinin final oyunu ilə əlaqədar bütün mədəniyyət müəssisələri turistləri qarşılamağa hazırdır”.
ONA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bununla bağlı Mədəniyyət Nazirliyində iclas keçirilib: “Bu gün səhər keçirilən iclasda tapşırıqlar verilib. Ümumilikdə, respublika üzrə muzey və teatr müəssisələri yayın ortalarınadək fəaliyyət göstərəcək və daha sonra tətilə çıxacaq”.