“Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil”.
ONA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
O bildirib ki, bina Cəfər Cabbarlının varislərinə məxsusdur: “Onları varislikdən məhrum etmək etik qaydalara sığışmır. Bina artıq baxımsız vəziyyətdədir, amma dövlət balansında olmadığı üçün biz onu təmir edə bilməmişik. Biz yalnız 2010-cu ildə muzeyin eksponatlarını Tear Muzeyinə köçürmüşük. Əgər Cəfər Cabbarlının ailəsi orada bina tikilməsinə qərar versə, biz bununla razılaşmalı olacağıq. Mən deyim ki, dünyada və ölkəmizdə də belə təcrübə var”.