• MƏDƏNİYYƏT

    17:31 4 mart 2019

Nazir “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb

Azərbaycanın təhsil naziri Ceyhun Bayramov “Oxu günü” tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

ONA-nın xəbərinə görə, əmrə əsasən, “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə respublikanın rayon və şəhərlərində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu günü” tədbiri keçiriləcək.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR