“Ermənistanın İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi ilə bağlı müraciəti barədə məlumatlıyıq”.
Bunu ONA-ya Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, Mədəniyyət Nazirliyi aidiyyəti dövlət qurumları ilə birlikdə bu məsələni araşdırır və məsələ ilə bağlı müvafiq addımlar atılacaq.
Qeyd edək ki, İranda səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Göy Məscidin UNESCO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsinə dair müraciət hazırlandığını, bununla bağlı İran tərəfi ilə birlikdə iş aparıldığını bildirib.