• MƏDƏNİYYƏT

    10:26 1 aprel 2019

Nəriman Nərimanovun kitabı 120 il sonra Türkiyədə nəşr olunub

Yazıçı və ictimai-siyasi xadim Nəriman Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” adlı kitabı 120 ildən sonra Türkiyədə çap olunub.

ONA xəbər verir ki, Türkiyənin Kafkas Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümünün dosenti, həmyerlimiz İlkin Qulusoy “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını müasir Azərbaycan dili ilə müqayisəli şəkildə yenidən nəşrə hazırlayaraq çap etdirib.

Nəriman Nərimanov bu kitabı 1899-cu ildə qələmə alıb.

Yazılmasından 120 il keçsə də, kitab Azərbaycan dilçilərinin istinad etdiyi və yararlandığı mənbələrdəndir.

Qeyd edək ki, kitab rus və müsəlman məktəblərində türkcə təhsil alanlar üçün yazılıb və uzun müddət bu təhsil ocaqlarında ilk dərs vəsaiti kimi tədris olunub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR