"Hazırda yaxşıyam, nə lazımdırsa, həkimlər edirlər".
Bunu APA-ya açıqlamasında Xalq artisti Nəzakət Teymurova deyib.
Xalq aristi onun səhhətinə görə, narahat olanlara minnətdarlığını bildirib.
Qeyd edək ki, N. Teymurova bir neçə gün əvvəl koronavirusa (Covid-19) yoluxub, hazırda xəstəxanada müalicə olunur.