• MƏDƏNİYYƏT

    12:09 10 aprel 2019

Nuşirəvan Məhərrəmli müğənni Rüfət Axundovun iddiasına cavab verib

"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü".

Bunu ONA-ya açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun efirdə tərbiyəsiz ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.

N. Məhərrəmli deyib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib: "Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər".

N. Məhərrəmli R. Axundovun tərbiyəsiz ifadəni guya dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib: "MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq".

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR