• MƏDƏNİYYƏT

    19:40 13 mart 2019

Opera və Balet Teatrında “Aida” operası səhnələşdiriləcək

Martın 30-da Azərbaycan Opera və Balet Teatrında C.Verdinin “Aida” operasının tamaşası keçiriləcək.

ONA-nın xəbərinə görə, tamaşada Aida partiyasını əməkdar artist, "Humay" milli mükafatının laureatı Afaq Abbasova ifa edəcək.

Radames rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunub.

Əsas partiyalardan biri olan Amneris partiyasında isə əməkdar artist, Mariinski Akademik Opera və Balet Teatrının solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Regina Rüstəmova çıxış edəcək.

Tamaşada həmçinin teatrın aparıcı solistləri - xalq artistləri Əli Əsgərov (Misir şahı), Əkrəm Poladov (Ramfis), Gülnaz İsmayılova (Kahin qadın) və əməkdar artistlər Cahangir Qurbanov (Amonasro) və Tural Ağasıyev (Çapar) çıxış edəcəklər.

Opera tamaşasını xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR