Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq
  • MƏDƏNİYYƏT

  • 12:26 03 May 2019

Opera və Balet Teatrında "Nəsimi" baletinin premyerası olacaq

Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Nəsimi"  baletinin premyerası olacaq.  

ONA-nın məlumatına görə, tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub. 

Fikrət Əmirovun musiqisi əsasında səhnəyə qoyulan balet İmadəddin Nəsiminin həyatından bəhs edir. 

Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri, xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru xalq artisti Yalçın Adıgözəlov, quruluşçu rəssamı əməkdar rəssam Nüsrət Hacıyev, kostyumlar üzrə rəssam xalq rəssamı Rafiz İsmayılovdur.

Tamaşada əsas rollarda teatrın balet truppasının aparıcı solistləri Anar Mikayılov (şair Nəsimi), əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış edəcəklər.

OXŞAR XƏBƏRLƏR