• MƏDƏNİYYƏT

    18:36 22 fevral 2019

Opera və Balet Teatrının solistləri Belqradda çıxış edəcəklər

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Belqrad Milli Opera Teatrında çıxış edəcəklər.

Teatrdan ONA-ya verilən məlumata görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Serbiya Milli Operası arasında beynəlxalq mədəni əməkdaşlıq çərçivəsində Belqrad şəhərində fevralın 23-də "Bogema", fevralın 27-də isə "Trubadur" operasının tamaşası keçiriləcək.

Tamaşalarda əməkdar artist Afaq Abbasova Mimi ("Bogema") və Leonora ("Trubadur") partiyalarını ifa edəcək. Hər iki tamaşanı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Əyyub Quliyev idarə edəcək.

Martın 16-da isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində eyni proqram çərçivəsində C.Verdinin "Trubadur" operasının tamaşasında Serbiya Milli Operasının solisti Yasmina Trumbetaş Leonora partiyasında çıxış edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR