• MƏDƏNİYYƏT

    10:35 25 fevral 2019

Oskar mükafatının qalibləri açıqlanıb – TAM SİYAHI

Fevralın 25-də Los Ancelesdəki Dolby Teatrında 91-ci Oskar mükafatının qalibləri bəlli olub.

ONA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ən yaxşı film nominasiyasında çoxlarının gözlədiyi “Roma” və ya “Bohemiya rapsodiyası” deyil, “Yaşıl kitab” qalib seçilib.

Oskar mərasimi 30 ildə ilk dəfə aparıcısız keçrilib.

Ən yaxşı qadın aktrisa “Favorit qız” filmindəki oyunuyla Oliviya Kolman, Ən yaxşı aktyor isə “Bohemiya rapsodiyası”ndakı oyunu ilə Rami Malek seçilib. “Bohemiya rapsodiyası” ümumilikdə 3 Oskar qazanıb. “Roma” filmi də Ən yaxşı rejissor nominasiyası daxil 3 Oskar əldə edib.

Bütöv siyahını təqdim edirik:

Ən yaxşı film: “Yaşıl kitab”

Ən yaxşı rejissor: "Roma" (Alfonso Kuaron)

Ən yaxşı aktrisa: Oliviya Kolman (“Favorit qız”)

Ən yaxşı aktyor: Rami Malek (“Bohemiya rapsodiyası”)

Ən yaxşı köməkçi aktrisa: Regina King (If Beale Street Could Talk)

Ən yaxşı köməkçi aktyor: Mahershala Ali (“Yaşıl kitab”)

Ən yaxşı film mahnısı: Shallow (“Ulduz doğuldu” – Ledi Qaqa)

Ən yaxşı film musiqisi: “Qara pantera”

Ən yaxşı uyğunlaşdırılmış ssenari: BlacKkKlansman

Ən yaxşı orijinal ssenari: “Yaşıl kitab”

Ən yaxşı qısa film: “Skin”

Ən yaxşı vizual effekt: “First Man”

Ən yaxşı qısa animasiya filmi: “Bao”

Ən yaxşı animasiya filmi: “Spider-Man: Into the Spider-Verse”

Ən yaxşı quruluş: “Bohemiya rapsodiyası”

Xarici dildə ən yaxşı film: “Roma”

Ən yaxşı səs miksajı: “Bohemiya rapsodiyası”

Ən yaxşı səs quruluşu: “Bohemiya rapsodiyası”

Ən yaxşı kinematoqrafiya: “Roma”

Ən yaxşı sənədli film: “Free Solo”

Ən yaxşı prodüser işi: “Qara pantera”

Ən yaxşı saç və makyaj: “Vice”

Ən yaxşı kostyum dizaynı: “Qara pantera”

Ən yaxş ıqısa sənədli film: “Period. End Of Sentence”

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR