Martın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xalq artisti Polad Bülbüloğlunun "Eşq və Ölüm" baletinin tamaşası oynanılacaq.
ONA xəbər verir ki, tamaşa 2015-ci ildə Nadejda Malıgina tərəfindən P.Bülbüloğlunun 70 illik yubileyi münasibətilə səhnəyə qoyulub.
Tamaşanın quruluşçu rəssamı tanınmış rusiyalı teatr rəssamı Dmitri Çerbadji, dirijoru əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyevdir.
Əsas rollarda Cəmilə Kərimova (Baycan), Anar Mikayılov (Azər), Nigar İbrahimova (Ölüm), Samir Səmədov (Məlik xan), Gülağası Mirzəyev (Qazan xan) və başqaları çıxış edəcəklər.
“Eşq və Ölüm” "Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb. Baletdə həyat və ölüm, məhəbbət və nifrət, dostluq və xəyanət kimi əbədi mövzulara toxunur.