Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasında Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş sənədli filmlərin istehsalı davam edir.
“Azərbaycanfilm” Kinostudiyasından APA-ya verilən xəbərə görə, “Poladın izi ilə” adlanan sonuncu film Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunub.
2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur.
Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində olacaq.
Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.