Yazıçı-şair Murad Köhnəqalaya mənzil verilib.
APA-nın xəbərinə görə, bu barədə şair özü “facebook”da yazıb. O bildirib ki, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı müraciət öz bəhrəsini verib: "Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb. Bu şad xəbəri BŞİH-dən mənə zəng edərək bildirdilər. Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir. Mətbuatımızın 144-cü ildönümündə məni sevindirdiyinə görə cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm!
Azərbaycanın xoşbəxtliyi uğrunda fəaliyyətində ona möhkəm cansağlığı, tükənməz enerji arzulayıram! Qoy həmişə günəş olsun!"