Prezident İlham Əliyev Rober Osseynin ailəsinə başsağlığı verib.
ONA xəbər verir ki, başsağlığında deyilir:
“Dünya teatr və kino sənətinin görkəmli nümayəndəsi, aktyor, ssenarist, rejissor Rober Osseynin vəfatı ilə əlaqədar Mehriban xanımla birlikdə dərin hüznlə başsağlığımızı veririk.
Rober Osseynin dolğun səhnə və ekran fəaliyyəti əsnasında canlandırdığı rəngarəng obrazlar, bənzərsiz ifalar, quruluşçusu olduğu çoxsaylı tamaşalar kino və teatr sənətinin parlaq nümunələridir.
Unudulmaz sənətkar və səmimi insan Rober Osseynin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.