• MƏDƏNİYYƏT

    11:08 18 mart 2019

“Qala” qoruğunda “Sənətkarlıq məhəlləsi - 2019” festivalı keçiriləcək

Martın 21-i və 22-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Novruz bayramı münasibətilə “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirəcək.

ONA xəbər verir ki, “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda baş tutacaq festivalda müxtəlif sənət nümunələri üzrə sənətkarlar, pəhləvanlar, Dədə Qorqud, Kosa, Keçəl və Bahar qızı kimi Novruz personajları iştirak edəcək.

Milli və müasir musiqi nömrələrinin, milli rəqslərin, maraqlı, hədiyyəli viktorina və oyunların yer alacağı tədbirdə həmçinin yeni Qala Atçılıq Mərkəzinin açılışı da baş tutacaq.

Festival günlərində şəhərin sakinləri və xarici qonaqların şənlikdə rahat iştirakının təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri fəaliyyət göstərəcək.

Gediş: İçərişəhər, Qoşa Qala qapılarından saat 11:00-15:00-dək (1 saat interval ilə).Qayıdış: Qala Qoruğundan saat 13:00-17:30-dək (1 saat interval ilə).

Festival iki gün müddətində “Qala” Dövlət Tarix Etnoqrafiya Qoruğunda (Xəzər rayonu, Qala kəndi, Sülh küç-83) gündüz saat 12:00-dan axşam saat 17:00-dək davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR