• MƏDƏNİYYƏT

    13:56 11 aprel 2019

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada çap olunub

“Qara Qarayev – Seçilmiş fortepiano əsərləri” kitabının Almaniyada “Bellmann” musiqi nəşriyyatı tərəfindən çapı başa çatdırılıb.

ONA xəbər verir ki, kitab ölkə Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə hazırlanıb.

Alman dilində şərhlərlə nəşr olunan kitaba Azərbaycanın əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audio disk daxil edilib.

Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği məqsədilə hazırlanıb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR