“Təzəpir" məscidinin ətrafında qazıntı zamanı aşkarlanan hamam qalıqları tarixi abidə deyil"”.
Bu barədə ONA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Xidmətin əməkdaşı artıq ərazidə olub və tarixi sənədlərə baxış keçirib: “Bu hamam XX əsrin əvvəllərində tikilib, şəxsi mülkiyyətdə imiş. Hamamın bir hissəsi ötən əsrin 50-ci illərində sökülüb, üzərində ev tikilib. Qalan hissəsi isə təxminən 2007-2008-ci illərdə sökülüb. Hazırda tapılan hissə hamamın külxanasıdır, balaca bir yerdir. Tarixi abidə kimi hamam heç vaxt dövlət qeydiyyatında olmayıb”.
Qeyd edək ki, "Təzəpir" məscidinin ətrafında aparılan tikinti işləri zamanı qazıntılar altından hamam qalıqları tapılıb.