• MƏDƏNİYYƏT

    12:58 25 fevral 2019

Qobustan qoruğuna həsr olunmuş sərgi açılacaq

Martın 12-də Muzey Mərkəzinin Sərgi qalereyasında “Zamanla üz-üzə” adlı sərgi açılacaq.

ONA xəbər verir ki, sərgi Qobustan Milli tarix bədii qoruğunun təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilir.

“Reinkarnasiya 5” layihəsi çərçivəsində təşkil olunacaq sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvlərinin hazırladığı, Qobustan mövzusunda 40-dan artıq orijinal iş nümayiş etdiriləcək. İşlər rəsm əsərləri, heykəltəraşlıq və keramika, video installyasiya formatında təqdim olunur.

18-20 min il yaşı olan Qobustan qayaüstü təsvirlərini yeni interpretasiyada izləyiciyə çatdıran layihənin məqsədi Qobustanın mədəni irsinin təbliği ilə yanaşı, incəsənət xadimlərində bu mövzuya marağı artırmaqdır.

Martın 12-də saat 19:00-da açılacaq sərgi martın 14-ə qədər hər gün saat 10:00-dan 18:00-dək davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR