Qobustan qoruğunda “Keçmişə sənət səyahəti” adlı konsert veriləcək
  • MƏDƏNİYYƏT

  • 16:55 16 May 2019

Qobustan qoruğunda “Keçmişə sənət səyahəti” adlı konsert veriləcək

Mayın 18-i Beynəlxalq Muzeylər Günü münasibətilə Qobustan qoruğu ərazisində “Keçmişə sənət səyahəti” adlı konsert proqramı təşkil olunacaq.

ONA-nın məlumatına görə, tədbir Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən Qobustan Milli-Tarix Bədii Qoruğu ilə birgə təşkil ediləcək.

Qoruq ərazisindəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı tamaşalardan səhnəciklər nümayiş olunacaq, teatrın nəzdindəki “Oyuq” teatr-studiyasının ifaçılarının təqdimatında  konsert proqramı təqdim ediləcək.

Konsert saat 11:00-dan 13:00-dək davam edəcək. 

OXŞAR XƏBƏRLƏR