• MƏDƏNİYYƏT

    13:17 7 mart 2019

“Queen” qrupunun ilk bas gitaraçısı vəfat edib

Əfsanəvi “Queen” rok qrupunun birinci bas gitaraçısı Mayk Qrouz vəfat edib.

ONA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qrupunun təbilçisi Rocer Teylor özünün Facebook səhifəsində yazıb.

Qrouz 1970-ci ildə qrupun bas gitaraçısı olub. O, yalnız bir neçə ay kollektivlə çalışıb və cəmi üç konsertdə iştirak edib. Bundan sonra qrupu tərk edərək bildirib ki, musiqi biznesi ilə məşğul olmaq istəmir.

Qrouzdan sonra “Queen” qrupunma daha iki gitaraçı qoşulsa da onlar da uzun müddət əməkdaşlıq etməyiblər. Yalnız 1971-ci ildə kollektivə Con Dikon qoşulur və qrupuun tərkibində 21 çıxış edir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR