Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilib.
APA-nın xəbərinə görə, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.
Rəmiş Qaradağ rayonu "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.
Allah rəhmət eləsin!