Rusiyada Tahir Salahovun sərgisi açılıb
  • MƏDƏNİYYƏT

  • 15:18 02 Noyabr 2021

Rusiyada Tahir Salahovun sərgisi açılıb

Bu gün Rusiyanın Dövlət Tretyakov Qalereyasının ikinci binasında (Yeni Tretyakovka) Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi açılıb.

APA-nın məlumatına görə, bu barədə Tretyakov Qalereyası məlumat yayıb.

Sərgidə Xalq rəssamının 11 rəsm əsəri təqdim olunur. Ekspozisiya rəssamın erkən işlərindən sayılan “Qladioluslar” natürmortu ilə açılır.

T.Salahovun doğum gününə həsr olunmuş sərgi 24 yanvar 2022-ci ilədək davam edəcək.

 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR