“Salaam Cinema Baku” məhkəməyə verilib
  • MƏDƏNİYYƏT

  • 16:37 07 May 2019

“Salaam Cinema Baku” məhkəməyə verilib

“Bu gün “Salaam Cinema Baku”nu məhkəməyə verdik”.

Bunu ONA-ya açıqlamasında binanın sahibinin səlahiyyətli nümayəndəsi Bəhruz Əhmədov deyib.

O bildirib ki, binanı qanunsuz zəbt edən “Salaam Cinema Baku” əməkdaşları çıxmaq istəmədikləri üçün müvafiq sənədləri toplayaraq bu gün məhkəməyə müraciət ediblər. 

Qeyd edək ki, artıq bir neçə gündür Bakının Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən bina ətrafında yaşanan qalmamaq bitmək bilmir. “Salaam Cinema”nın əməkdaşları icarəyə götürdükləri binadan çıxmağı rədd edərək iddia edirlər ki, bina tarixi binadır, onlar çıxacaqları təqdirdə binanın sahibi oranı sökəcək. 

Bina 1913-cü ildə tikilib.

OXŞAR XƏBƏRLƏR