• MƏDƏNİYYƏT

    10:47 16 may 2019

“Salaam Cinema”nın binasının tarixi abidələr siyahısına salınması üçün müraciət olunub

“Salaam Cinema”nın yerləşdiyi binanın memarlıq üslubu və tarixiliyi nəzərə alınaraq Nazirlər Kabinetinə müraciət olunub”.

Bu barədə ONA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.

O, “Salaam Cinema”nın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması üçün araşdırma aparıldığını qeyd edib: “Araşdırmadan sonra sənədləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim etmişik. Binanın siyahıya salınması ilə bağlı müvafiq qərar isə Nazirlər Kabineti tərəfindən veriləcək”.

Qeyd edək ki, Bakının hazırkı Süleyman Rüstəm küçəsində yerləşən bina 1913-cü ildə tikilib. Hazırda binada “Salaam Cinema Baku” adlı klub fəaliyyət göstərir. Binanın 2008-ci ildə özəlləşdirildiyi, son vaxtlar isə binanın sahibinin “Salaam Cinema Baku”dan oranı boşaltmağı tələb etdiyi bildirilir.

“Salaam Cinema Baku” klubunun əməkdaşları və tamaşaçıları binanın söküləcəyini əsas gətirərək oranı tərk etmək istəmədiklərini bildiriblər. Onlar qədim binanın qorunması üçün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Bundan sonra Mehriban Əliyeva özünün “İnstagram” səhifəsində açıqlama yayaraq, Bakının Süleyman Rüstəm küçəsindəki qədim bina ətrafında yaranmış vəziyyətin dövlətin nəzarəti altında olduğunu bildirib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR