Şamaxıda Nəsiminin heykəl instalyasiyasının açılışı olub - [color=red]FOTO[/color]
  • MƏDƏNİYYƏT

  • 20:43 29 Sentyabr 2019

Şamaxıda Nəsiminin heykəl instalyasiyasının açılışı olub - FOTO

Sentyabrın 29-da Şamaxının Meysəri kəndində ikinci “Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı” çərçivəsində Nəsimi heykəl instalyasiyasının açılışı olub.

APA xəbər verir ki, festival iştirakçılarının, eləcə də nəsimisevərlərin, ziyalıların qatıldığı açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxıs edərək Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn heykəl instalyasiyasının Azərbaycanda dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə, ümumən yaradıcı insanlara Fondun göstərdiyi diqqət və qayğının təzahürü olduğunu söyləyib.

Heykəl instalyasiyanın müəllifi Rəşad Ələkbərov "Nəsiminin ruhu” adlı heykəl-instalyasiyanı İmadəddin Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam” beytindən qaynaqlanaraq yaratdığını qeyd edib.

Açılış mərasimində Estoniyanın “Tallin oğlanları xoru”nun çıxışı da olub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR